Əgər insan səmimi və güclü bir imana sahib deyilsə, şeytanın bu təlqinlərinə aldanır. Amma şeytan bununla da kifayətlənməyərək insanı rahat buraxmaz. Daha əvvəl də ifadə edildiyi kimi, adam cəhənnəmə girənə qədər rahatlanmaz. Bir tərəfdən də adama davamlı etdiklərinin məqbul olduğunu, bu şəkildə hərəkət etməkdə haqlı olduğunu təlqin edir. Sonunda adam Allaha qulluq vəzifələrini yerinə yetirməyən, bunda haqlı səbəbləri olduğunu zənn edən, hətta bu mövzuda son dərəcə sabit fikirli bir insan halına gəlir.
Halbuki daha əvvəl də xatırladıldığı kimi, hər insan özünü yaratmış olan Allaha qulluq etməsi lazım olduğunu vicdani olaraq çox yaxşı bilir. Amma şeytanın özünə təlqin etdiyi və qanuni kimi göstərdiyi səbəblərlə özünü bu an üçün lazımlı olmadığına inandırmışdır. Bir başqa ifadə ilə desək, etməsi lazım olanı vicdani olaraq bilməsinə baxmayaraq, müxtəlif səbəblərlə özünü aldatmış və özünü səhv olana inandırmışdır.
Allah Quranda şeytanın təlqinləri ilə səmimiyyətdən uzaqlaşan bu insanlara dair bir çox nümunə vermişdir. Bu nümunələrdən bəziləri Peyğəmbərimiz (s.ə.s)in dövründə yaşayan və imani zəiflik içində olan insanlardan verilmişdir. Peyğəmbərimiz (s.ə.s) də möminləri Qurandakı əmrlər istiqamətində haqq uğrunda döyüşə təşviq etmişdir. Lakin Allahın ayələrdə xarakterizə etdiyi kimi, "ürəyində xəstəlik olan insanlar" döyüşə çıxmamaq üçün müxtəlif bəhanələr uydurmuşlar. Bu vəziyyət ayələrdə belə bildirilir:
...Onlara: "Gəlin Allahın yolunda vuruşun, yaxud müdafiədə bulunun! – deyildi. Onlar: "Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik" –deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirdilər. Halbuki, Allah onların gizlətdiklərini çox yaxşı bilir! (Ali-İmran Surəsi, 167)
Bu insanların şeytanın təsirinə uyduqları aydındır. Çünki onlar şəxsən Peyğəmbərimiz (s.ə.s)in təbliğinə şahid olmuş, Allahın dinini yaxşı bilən insanlardır. Amma həqiqəti bilmələrinə, hətta ibadətlərdən bir qismini o günə qədər yerinə yetirmələrinə baxmayaraq, dünyaya olan bağlılıqları səbəbindən şeytanın bu tələsinə düşmüşlər. Allahın ayəsində bildirdiyi kimi Müsəlmanları qorumaları lazım olduğunu çox yaxşı bilmələrinə baxmayaraq, bilmədiklərini söyləyərək özlərini və möminləri də sözdə aldatmağa çalışmışlar. Bu insanlarin bir hissəsi də Peyğəmbərimiz (s.ə.s)ə, deyərək qaçmağa çalışmışlar. Bu ifadələr şeytanın təsirilə deyilmiş ifadələrdir. Bütün Müsəlmanların canı təhlükə altında ikən insanın özünü düşünməsinin nə qədər böyük bir vicdansızlıq olduğu məlumdur.
İnsanlar Allahın əmrlərinə uymaq və razılığını qazanmaq üçün nə edəcəklərini çox yaxşı bilirlər. Belə ki, səmimi olmadıqlarını bildikləri üçün də Peyğəmbərimiz (s.ə.s)ə özləri üçün bağışlanma diləməsini söyləyərək vicdanlarını rahatlaşdırmağa çalışmışlar. Vicdansızlıq etmələrinə baxmayaraq, söylədikləri yalanlara özlərini elə inandırmışlar ki, sonunda buna sevinəcək vəziyyətə düşmüşlər. Allah bir ayəsində ibadətlərdən geri qaldıqları üçün sevinən səmimiyyətsiz insanların vəziyyətinə belə diqqət çəkmişdir:
Arxada qalanlar Allahın rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və: "Bu istidə döyüşə çıxmayın!" dedilər. De: "Cəhənnəm odu daha istidir!" Kaş biləydilər. (Tövbə Surəsi, 81)
Peyğəmbərimiz (s.ə.s)in dövründəki şərtlərə və mühitə görə insanlara bu bəhanələri təlqin edərək onları aldadan şeytan əlbəttə, bu gün yaşayan insanları daha fərqli təlqinlər və bəhanələrlə aldatmağa çalışacaq. Çünki şeytan dünyadakı imtahanın bir gərəyi olaraq, insanların bütün zəifliklərindən xəbərdardır. Hər şəraitə, hər mühitə görə fərqli planlar hazırlaya bilər. Qarşısındakı insanlar alimlər, professorlar, liderlər, sənətçilər, qısacası mədəni səviyyəsindən tutmuş hər cür maddi imkana sahib olan insanlar ola bilər. Şeytan bu insanların hamısına hansı yollardan yaxınlaşacağını bilir.
Şeytanın davamlı fürsət axtarmasına baxmayaraq, təsir edə bilmədiyi yeganə insanlar Allahın Quranda bildirdiyi kimi saleh Müsəlmanlardır. Çünki əvvəldə də ifadə edildiyi kimi, möminlər Allahdan qorxduqları və cəhənnəmdən şiddətlə çəkindikləri üçün şeytanın hər cür hiyləsinə qarşı diqqətlidirlər. Ayrıca Allaha olan imanları səbəbindən çox güclü ağıla, vicdana və iradəyə sahibdirlər.
Şeytanın bura qədər izah edilən taktikaları, təlqinləri bütün insanlara aiddir. Yəni, siz də şeytanın bu hiyləgər təlqinlərinə məruz qalma təhlükəsi altında olan bir insansınız. O halda əgər səmimi imana sahibsinizsə əsla bu həqiqətləri bilə-bilə şeytanın tələsinə düşməyin. Unutmayın, şeytan sizi də özü ilə birlikdə cəhənnəmə sürükləmək üçün pusquda gözləyir, sizin üçün planlar hazırlayır. İlk fürsəti tapdığında hiyləgərcə hərəkətə keçəcək. Şeytana bu fürsəti verməyin. Sizi Allahın yolundan çıxarmaq, ONA qulluq və dua etmənizə mane olmaq üçün müxtəlif bəhanə pıçıldayacaq. Üstəlik bunları son dərəcə məqbul və məntiqli göstərməyə çalışacaq. Beləliklə, özünüzü aldadaraq razı salmanızı təmin etməyə çalışacaq. Halbuki siz vicdanınız sayəsində bunların hamısını rahatca anlaya bilərsiniz və Allahın rizasından yana iradənizi istifadə edərək şeytanın təsirini özünüzdən asanlıqla uzaqlaşdıra bilərsiniz. Bu dünyada sizin üçün heç bir şey cəhənnəmdən xilas olmaqdan daha əhəmiyyətli və təcili ola bilməz. O halda şeytanın bəhanələrini mənimsəyərək özünüzü aldatmağa çılışmayın. Çünki din günü heç bir bəhanə etibarlı olmayacaq, hətta Allahın ayəsində bildirdiyi kimi insanların bəhanələrini saymağa da icazə verilməyəcək.
Həqiqət budur, diqqət yetirin! Əsla Allahın dinini yaşamaq üçün bəhanələr uydurub özünüzü aldatmayın.

0 şərh:
Yorum Gönder