Amma insanların böyük bir əksəriyyəti belə yaşamaq məcburiyyətində olduqlarına özlərini inandırmışlar. Özlərini aldadaraq həyatlarını bu cür davam etdirmək yolunu seçirlər. Buna görə, hər biri öz məqsədini dünyanın ən əhəmiyyətli işi hesab edir. Məsələn, katibə üçün müdirinin yığıncaqlarını unutmamaq, şagird üçün dərslərindən daha yüksək qiymət almaq, satıcı üçün o gün daha çox ayaqqabı sata bilmək, bir iş adamı üçün daha böyük bir tender qazanmaq, bir idmançı üçün ən böyük mükafatı almaq, sənətçi üçün diskini daha çox insana dinlədə bilmək, gənc qız üçün ən gözəl paltarı geyinmək, universitet tələbəsi üçün yoldaşları arasında ən mədəni insan olmaq, bir tərcüməçi üçün ən doğru sözləri istifadə etmək, yazıçı üçün ən ədəbi üslubla kitablar və məqalələr yazmaq dünyanın ən böyük məqsədləridir. Əlbəttə burada sayılan işlərin hamısını insanların etməsi və ən yaxşısının olmasını istəmələri təbiidir, amma əvvəldə ifadə edildiyi kimi, bunlar insan üçün həyatdakı ən əhəmiyyətli işlər deyil.İnsanın Allahın məmnuniyyətini qazanmaqdan və cənnətinə layiq bir qul olmaqdan daha əhəmiyyətli bir işi ola bilməz.
Əgər insan özünü aldadıb, həqiqətləri görməzlikdən gələrək dünyaya aid istəklərinin həyatın yeganə məqsədi olduğunu zənn etsə, gözləmədiyi anda ölümlə qarşılaşdığında böyük bir peşmanlıq yaşayacaq. O ana qədər özü üçün ən əhəmiyyətli dəyərlərin evi, iş yeri, avtomobili, diplomu, paltarları, yoldaşları, qohumları olduğunu zənn etmişdir. Ancaq bunların nə qədər keçici olduğunu və dünyadakı imtahan mühitinin bir parçası olduğunu ölüm mələklərini gördüyü ilk anda anlayar. Bir tərəfində sonsuz mükafat yurdu olan cənnət, bir tərəfində isə insanın bədəninə və ruhuna ən şiddətli əzabların yaşadıldığı cəhənnəm olduğu halda Allahın hüzurunda sorğulanarkən yaşadığı çarəsizlik və peşmanlıq dözülməz dərəcədədir.
O anda etibarlı olan yeganə şey Allahın rizası üçün edilən işlərdir. Amma sözü gedən adam həyatı boyunca heç belə bir şey etməmiş, Allah rizası üçün işləməmişdir. O zaman dünyada həyatını həsr etdiyi, ömrünü sərf etdiyi işlərin heç bir mənası və əhəmiyyəti olmadığını ən açıq şəkildə anlayar. Hərçənd bunlar bilmədiyi şeylər deyil. Qarşısına çıxanların hamısı vicdani olaraq çox yaxşı bildiyi, amma özünü aldadaraq qaçdığı həqiqətlərdir. Allah bu insanların vəziyyətini "...şeytan əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı." (Ənkəbut Surəsi, 38) ayəsində xəbər vermişdir. Yəni bu insanlar həqiqətləri görə biləcəkləri halda şeytanın təlqinlərinə bilə-bilə uymuş və boş işlərlə həyatlarını keçirmişlər.
Axirətdə səhv davrandığını qəbul etmənin bu insanlara bir fayda gətirməyəcəyini Allah ayələrində belə bildirir:
Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı və Cəhənnəmin gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?! O: "Kaş ki, mən əvvəlcədən həyatım üçün (yaxşı əməllər) edəydim!" –deyəcəkdir. O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz! Heç kəs onun kimi zəncirləyə bilməz. (Fəcr Surəsi, 22-26)
O halda siz axirətdə "kaş ki" deyənlərdən olmamaq üçün həyatınızın əsl məqsədini düşünün və etdiyiniz işlərin bu məqsədə nə qədər xidmət etdiyini bir daha nəzərdən keçirin. Diqqət edin, əsla boş və mənasız işlərlə özünüzü yaxşı işlər görürmüş kimi aldatmayın. Bu, gün boyunca etdiyiniz bütün işlərə, məşğul olduğunuz hər şeyə aiddir. Maddi və mənəvi bir şey üçün çalışırmağınızda əsl məqsədiniz Allahın rizasını və cənnətini qazanmaq olmalıdır. Əgər bir işdə Allahın rizasını görmürsünüzsə və axirətinizə bir fayda verməyəcəyini düşünürsünüzsə ondan çəkinin. Xeyir və fayda gördüyünüz işlərə yönəlin. Vicdanınızın səsi sizə bu ayrı-seçkiliyi ən doğru şəkildə söyləyəcək. Mütləq vicdanınızın səsini dinləyin və diqqət yetirin, şeytan dəyərsiz, keçici şeyləri cazibədar edərək sizi də aldatmasın.

0 şərh:
Yorum Gönder