Şeytan insanı Allahın yolundan sapdırmaq üçün insanlara boş işləri bəzəkli göstərməklə qalmır. Onlara bu mövzuda müxtəlif vədlərdə də verir. Allah şeytanın bu hiyləsini bir ayəsində belə bildirir:
(Şeytan) onlara (müşriklərə) vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir. (Nisa Surəsi, 120)
Şeytanın təsirinə düşən insanlar önlərində çox uzun illərin olduğuna özlərini inandırıb, uzun vədəli planlar qururlar. Sanki bu dünyada sonsuza qədər yaşayacaqmış kimi mal, mülk, məqam, mövqe ehtirasına qapılaraq Allahın razılığından tamamilə uzaqlaşarlar. Allah bunun şeytanın bir hiyləsi olduğunu başqa bir ayədə belə bildirir:
Doğru yol özlərinə bəlli olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu dönüklüyü) xoş göstərdi və onları tovlayıb yoldan azdırdı. (Məhəmməd Surəsi, 25)
Hər insanın, vəziyyəti və şərtlərinə görə minlərlə çox əhatəli plan və qanunları vardır. Daha əvvəl də ifadə edildiyi kimi hər peşədən, hər yaşdan, hər ictimai mühitdən insanların planları bir-birindən fərqli olsa da, təməlində hamısı dünyaya istiqamətlənmişdir. Məsələn, bir iş adamının gələcəyə aid ən böyük idealı, böyük bir fabrikə sahib ola bilməkdir. Bu fabrikə sahib olduqdan sonrakı ən böyük idealı isə, istehsal etdiyi malları dünya səviyyəsində "ixrac etmək”dir. Və ya bir sənətçinin idealı ölkəsindəki hər kəs tərəfindən tanınan, sevgi duyulan və hörmət edilən, qabiliyyətləri təqdir edilən bir insan ola bilməkdir. Bu məqsədinə çatsa bir sonrakı məqsədi bütün dünya səviyyəsində eyni müvəffəqiyyəti göstərə bilməkdir. Bir çox insan üçün bu tərz nümunələr saya bilərik. Bu insanlar dünyada özləri üçün seçdikləri bu idealları reallaşdıra bilmək üçün gecə gündüz çalışırlar. Yeri gəldiyində fədakarlıqlar edər, çətinliklərə dözər, hər cür çətinliyi və maneəni aşmaq üçün çalışarlar.
Amma görəsən bunları həyata keçirə biləcək qədər ömürləri vardırmı? Hər insanın əvvəlcə bunu düşünməsi lazımdır. Çünki yuxarıda sayılan planların heç birinin reallaşması zəmanət deyil. Amma ölüm mütləq reallaşacaq, hər insanın başına gələcəkdir. Buna baxmayaraq bu insanların ölüm sonrası üçün heç bir plan və hazırlıqları yoxdur. Bütün həyatları dünyadakı həyatlarına aid idealları reallaşdırmağa həsr olunmuşdur. Üstəlik bir gün ölümlə birlikdə bütün planlarının bir daha tamamlanmamaq üzrə yarıda qala biləcəyini ağıllarına belə gətirməmişdirlər. Çünki şeytan onlara, ayədə bildirildiyi kimi müxtəlif vədlər vermiş və onlar da bunlara qapılıb öz özlərini aldadaraq bir ömrü puç etmişlər.
Halbuki insan bitib-tükənməz arzular arxasında qaçmaq yerinə, Allaha qarşı məsul olduğunu və din günündə ONun hüzurunda bütün etdiklərinin hesabını verəcəyini bilərək, Allahın Quranda göstərdiyi yola uyğun şəkildə yaşamalıdır. Əks halda, sonsuz həyatı üçün hazırlıq etməməsi, özü üçün verilən fürsəti qaçırması, onu sonsuza qədər cənnətdən məhrum buraxa bilər. Cənnətdən məhrum olan bir insanın gedəcəyi yer isə cəhənnəmdir.
Allahın özünə verdiyi bu müddəti heç bir dəyəri olmayan işlərlə məsuliyyətsizcə puç edənlər, axirətdə çox böyük bir peşmanlıq yaşayacaqlar. Onlara o gün belə deyiləcək:
... “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?!.. (Fatır Surəsi, 37)
Ayədə bildirildiyi kimi, hər insana öyüd ala biləcəyi, vicdanının səsini eşidə biləcəyi qədər müddət verilmişdir. Şeytan nə qədər səhv yola aparmağa çalışsa da, insanın bu çağırışa qulaq verməmək, Allahın əmr etdiyi yolda irəliləmək imkanı vardır. Bunun tək yolu səmimi iman və Allaha güvəndir. Necə ki, bu xüsusiyyətlərə sahib insanlara aid olaraq şeytanın hər cür səyinin, hiyləgər vədinin boşa çıxacağı Quranda bildirilmişdir:
" Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver. Şeytan yalnız yalan vəd verər! Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması kifayət edər!” (İsra Surəsi, 64-65)
Diqqət yetirin, şeytan sizi də dünyəvi ehtiras və əməllərin, uzun vədəli planların arxasınca apararaq, əsl hazırlıq etməniz lazım olan yeri unutdurmasın. Siz dünyəvi ideallarla, müvəqqəti ehtiraslarla özünüzü əyləndirib, yaxşı işlər etdiyinizi sanaraq özünüzü aldatmayın. Allahın aşağıdakı əmrini həyatınızın heç bir anında ağlınızdan çıxarmadan tətbiq edin:
Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir! (Həşr Surəsi, 18-19)

0 şərh:
Yorum Gönder