ÖZÜNÜ ALDATMAQ ƏVƏZİNƏ SƏMİMİYYƏT


Sonsuzluq içində insan yalnız bir dəfə sınanar və bu sınaq müddəti illik təxminən 6-7 hissədən ibarətdir. Və insanın sonsuz həyatını bu sınaq müddəti içindəki davranışları təyin edir. Bu qısa, amma son dərəcə əhəmiyyətli müddəti də insan özünü aldadaraq keçirsə imtahanı itirər.Məhz gerçək olan budur; insan özünü aldadaraq nə gerçəyi dəyişdirə bilər, nə də məsuliyyətdən qaça bilər.
Tam əksinə insanın dünyada gerçəklərdən qaçması yalnız öz əleyhinədir. Bu insan vicdanını  susduraraq özünü aldatdığı, müxtəlif bəhanə və həqiqətlərlə rahatlaşmağa çalışdığı hər an əslində qorxunc bir itki içindədir. Axirətdə isə bu ağılsızlığı səbəbiylə -Allahın istəyi xaricində- əsla düzəldilməsi mümkün olmayacaq bir peşmanlıq içində olacaq.


Vəziyyət beləykən insanın nəinki özünü aldatması, son dərəcə açıq bir şüurla və diqqətlə qulluq vəzifəsini yerinə yetirməsi lazımdır. Bu da, insanın hər an vicdanının səsinə qulaq asması və Allahın kitabına əməl etməsi ilə mümkündür.
Səmimi olaraq iman edən bir insan üçün başqa bir yol yoxdur. İnsan dünyada yaşadığı müddətcə hər keçən saniyə ölümə və hesab gününə bir az daha yaxınlaşdığını, etdiyi hər davranışdan, ağlından keçən hər düşüncədən Allahın  xəbərdar olduğunu və bunlardan məsul tutulacağını düşünməsi, özü üçün ən gözəl və qazanclı olan yoldur.
Diqqət yetirin, Allaha qarşı səmimi olmağa yönəldilən bu yol, insan üçün ən asan olanıdır. Bir anlıq düşünmənin və qərar almanın ardından insan bütün həyatı boyunca bu qərarın gətirdiyi şüur açıqlığı ilə yaşaya bilir. Bu şüur açıqlığını qazandığında isə heç bir mövzuda özünü aldadaraq, öz özünü əbədi bir zərərə uğratmaz.
Unutmayın; özünü aldatmaq insan üçün,odla oynamaq kimidir. İnsan, bu şəkildə vaxtını keçirərkən və tamamilə dünyaya aludə olmuşkən bir anda canını təslim almağa gələn mələkləri yanında görə bilər. Mələklər canını, bir ayənin ifadəsiylə "acı ilə alarkən" görəsən eyni oyunu və özünü aldatmanı davam etdirə biləcəkdirmi?
"Nə yaxşı etdim, dünyadakı həyatım boyunca yedim, içdim, gəzdim, əyləndim, məsuliyyətlərimi, qulluq vəzifəmi göz ardı etdim, heç düşünmədim" deyə biləcəkdirmi? Şübhəsiz ki xeyr. Bu, ən qafil insanın belə ağlından keçirə bilməyəcəyi bir düşüncədir. Tam əksinə o anda tərifsiz bir qorxu, dəhşət və çaxnaşma yaşayacaq. Amma bu daha başlanğıcdır, cəhənnəmin qapılarından içəri girdiyində bu qorxu və peşmanlıq dözülməz ölçülərə çatacaq, ruhu sonsuz bir uçuruma sürüklənəcəkdir.
Bu, bütün insanların ağlından bir an belə çıxarmaması lazım olan gerçəkdir. Allah bu gerçəyi ayələrində xatırladarkən, özlərini aldadan insanların peşmanlıqlarını və çarəsizliklərini də belə bildirir:

Əzab sizə gəlməmişdən əvvəl, Rəbbinizə dönün və Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz. Rəbbinizdən, sizə endirilənin ən gözəlinə tabe olun;özünüz də bilmədən, qəfil əzab sizə gəlib çatmadan əvvəl.Adamın (əzab içində) belə deyəcəyi (gün) “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın dinini) məsxərəyə qoyanlardan idim!” Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” – deyəcəyi, və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də (dünyaya) qayıda bilsəydim; yaxşı işlər görənlərdən olardım!” – deyəcəyi gündən çəkinin! (Zumər Surəsi, 54-58)

0 şərh:

Yorum Gönder