Allahın Quranda təriflədiyi bir peyğəmbər olan Hz. İbrahim kimi həyatlarının hər anında vicdanlarının səsinə qulaq asan insanlar, gözəl və dinc bir həyat yaşayarlar. Çünki bu insanlar doğruya tabe olmanın və axirətdə gözəl bir qarşılıq ümid etmənin verdiyi mənəvi rahatlıq içindədirlər. Vicdanlarına qulaq asmayan insanlara üçün isə bunun tam əksi aiddir. Bu insanlar doğru olanı tətbiq etməmənin, haqq olana tabe olmamanın və bunun qarşılığında da böyük bir cəza olacağını bilmənin gizli çətinliyini, yəni vicdan əzabını içlərində yaşayarlar.
Hara getsələr, nə etsələr bu çətinlik onları rahat buraxmaz. Dünyanın ən böyük sərvətinə də sahib olsalar, ölkə-ölkə də gəzsələr üstlərindəki bu mənəvi təzyiqdən xilas ola bilməzlər.
Əslində çəkilən bu vicdan əzabı, etdiyi səhvdən dönməsi üçün adama Allahdan bir xəbərdarlıqdır. Bu mömin olanlar üçün böyük bir nemətdir. Çünki adamın ağılının başına gəlməsinə bir vəsilə, tövbə edib davranışlarını düzəltməsinə bir təşviqdir. Amma din əxlaqından və səmimiyyətdən uzaq insanlar üçün də gerçək mənada bir əzabdır. Onlar yaşadıqları bu çətinliyin səbəbini bildikləri halda davranışlarını düzəltmək əvəzinə,bunun səbəbini anlamazlıqdan gəlirlər. Göstərdikləri bu müqavimət üzündən də həyatları boyunca gerçək mənada xoşbəxt və dinc ola bilməzlər.
Əvvəldən indiyə qədər danışdığımız, gerçəkləri bildikləri halda görməzlikdən və anlamazlıqdan gələrək özlərini aldadan insanlar bir ömür boyu bu mənəvi əzab içində yaşayarlar. Vicdanları belə bir əzab və təzyiq içindəykən onlar özlərinə saxta xoşbəxtliklər yaratmağa çalışar, amma bacara bilməzlər. Çünki əzab içindəki vicdanı rahatlaşdırmanın yeganə yolu Allaha tövbə edərək buna səbəb olan səhvi tərk etməkdir.
Əgər siz də vicdanınızı dinləmək yerinə müxtəlif bəhanələrlə özünüzü aldadıb nəfsinizin istək və ehtiraslarına uysanız, əsla özünüzdən qaça bilməyəcəyiniz mənəvi bir əzab içində yaşayarsınız. Ancaq özünüzü aldatmanız səbəbindən əbədi həyatınız boyu yaşayacağınız çətinlik yalnız dünyadakı çətinliklər ilə məhdud qalmaz. Çünki Allah dünyada özlərini aldadaraq hesab gününü göz ardı edən insanların axirətdə də böyük bir əzab və peşmanlıqla qarşılaşacaqlarını xəbər vermişdir. Necə ki, Quranda hesab günü "aldanma" günü olaraq da xatırlanmaqdadır:
Allahın sizi (haqq-hesab üçün) toplayacağı gün – məhz o gün qarşılıqlı aldanma günüdür! Kim Allaha iman gətirib yaxşı əməllər etsə, (Allah) onun günahlarının üstünü örtər və onu altından çaylar axan əbədi qalacaqları cənnətlərə daxil edər.Bu, böyük xoşbəxtlik və qurtuluşdur! İnkarçı olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir! . (Təğabün Surəsi, 9-10)
Ayələrdə bildirilən, "aldanma günü", insanın ölümüylə birlikdə başlar, dirilişlə və hesabla davam edər, inkarçıların əbədi yurdları olan cəhənnəmə göndərilməsi ilə sona çatar. Dünyadaykən özlərini müxtəlif bəhanələrlə aldadan, şeytanın vədlərinə aldanan insanların, cəhənnəmdə qarşılaşacaqları hadisələrdən bəziləri Quranda belə xəbər verilmişdir:
O,ölüm bihuşluğu,bir həqiqət olaraq gəlib də,(insana!) Bu sənin qorxub qaçdığın şeydir! (deyildiyi vaxtda).
Şur çalınacaqdır. Bu vəd olunmuş gündür!(Artıq hər bir nəfis bir sürücü (sürüyüb məhşərə gətirən) və bir də şahidlə gəlmişdir.
And olsun “Sən bundan qafil idin. Artıq biz də gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!”
Onun yaxını olan (və yanından ayrılmayan mələk) dedi ki:“Bu yanımdakı hazırdır!”Siz ikiniz (ey mələklər) atın Cəhənnəmə hər bir inadçı kafiri;xeyrə mane olanı, zülm etməklə həddi aşanı ki, o Allahla yanaşı özünə başqa bir tanrı qəbul etmişdir. Atın onu şiddətli əzabın içinə!” Onun yaxın dostu (Şeytan və ya öz nəfsi) dedi ki: “Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o özü haqq yoldan çox azmışdı!” (Allah) buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə bu əzabı bildirmişdim.Mənim hüzurumda söz dəyişdirilməz. Mən bəndələrə zülm edən deyiləm!” O gün Cəhənnəmə deyəcəyik: “Doldunmu?” O da:“Yenə varmı?” deyecek. (Qaf Surəsi,19-30)

0 şərh:
Yorum Gönder