"HAMI ELƏ DÜŞÜNÜRDÜ, MƏN DƏ ONLARA TABE OLMAĞA MƏCBUR QALDIM" DEYƏNLƏR...


İnsanların yanıldıqları bir çox mövzuda cəmiyyətin psixologiyasının təsiri böyükdür. Xüsusilə də din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə səhv, ya da pis də olsa çoxluğun mənimsədiyi düşüncə, ya da davranışlar  insanlar tərəfindən də mənimsənilməyə başlanır. İnsan əslində vicdani olaraq doğrunu bilməsinə baxmayaraq sırf çoxluğun təsiriylə "bu qədər adamın bir bildiyi vardır" kimi səhv bir fikirlə vicdanını susdurar və onlara tabe olar.Halbuki çoxluq heç bir mövzuda yol göstərici ola bilməz. İnsanlara doğrunu yanlışdan ayırd etmələri üçün endirilmiş olan yalnız Qurandır. Quranda olmayan bəzi meyarları qəbul edənlər və ona tabe olanlar  çox böyük yalnışlığa düşərlər. Necə ki, Allah Quranda insanları çoxluğun arxasınca getməmələri üçün açıqca xəbərdarlıq etmişdir.


Yer üzündə olanların çoxuna itaət etsən,onlar səni Allahın yolundan azdırarlar.Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! (Ənam Surəsi, 116)

Çoxluğa uyğun hərəkət etmənin kökündə "hər kəs elə düşünürdü, mən də onlar kimi olmağa məcbur olduğumu düşündüm" kimi aciz bir məntiq yatır. Yəni insan doğru bildiyindən imtina edib çoxluğa tabe olmadığı  təqdirdə insanların verəcəyi reaksiyadan, onlar tərəfindən qınanmaqdan, ya da kənarlaşdırılmaqdan çəkinir. Bu, gənc yaşda olan bütün insanlar arasında son dərəcə məşhur bir məntiqdir. Sırf buna görə ibadətlərini yerinə yetirməyən, bir ömür boyu Allahın razılığını unudub kütlənin razılığı üçün yaşayan insanlar vardır. Halbuki insan yüzlərlə, minlərlə insanın deyil, yalnız Allahın razılığını axtarmaqla cavabdehdir. Eyni şəkildə insan kimin nə düşünəcəyini fikirləşib və buna görə hərəkət etmək məcburiyyətində də deyil. Allah Quranla insanları hər cür asılılıqdan azadlığa qovuşdurmuşdur. İnsan yalnız Allaha hesab verəcək və Qurana tabe olub olmadığından sorğulanacaqdır.
Necə ki, bu həqiqəti əslində hər insan çox yaxşı bilir. Amma bir çox insan bu bəhanəni önə sürərək  özünü aldatmaqda və ətrafındakıları da aldada biləcəyini düşünməkdədir. Amma axirətə getdiyində, arxalarından süründürüldüyü insan çoxluğu, özlərini əzabdan qurtara bilmədikləri kimi onu da qurtara bilməzlər. Allah Quranda bu kəslərin vəziyyətlərini belə xəbər verər:

Yox, Əgər o, (bu yaramaz əməlinə) bir son qoymasa, and olsun ki,onu kəkilindən yapışıb sürükləyəcəyik -
Özü də yalançı, günahkar kəkilindən! Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın! Biz də zəbaniləri çağıracağıq! Yox, Ona boyun əymə (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş! (Ələq Surəsi, 15-19)

Bu vəziyyətdəki bir insan, dünyadaykən ətrafının xatiri üçün Allahın razılığını göz ardı etmiş, hesab günüylə qarşılaşacağını heç ağlına gətirməmişdir. İndi, çox əhəmiyyət verdiyi və uğruna Allahın razılığını göz ardı etdiyi o "dindən uzaq çoxluq" la birlikdə cəhənnəmə girəcək. O halda siz bu gerçəyi bilə-bilə əsla bəhanə edərək özünüzü aldatmayın və din əxlaqından uzaqlaşmayın. Heç bir mövzuda çoxluğa tabe olmaq məcburiyyətində deyilsiniz. Qurana görə doğru bildiyinizdən əsla imtina etməyin və tək başınıza da olsanız haqqı yaşayın. Unutmayın, Allahın razılığını axtarmaq mövzusunda göstərdiyiniz dayanıqlılıq, sonsuza qədər böyük bir rəhmət içində yaşamanıza vəsilə olacaq.

0 şərh:

Yorum Gönder