DİN ƏXLAQINI YAŞAMAQ ÜÇÜN SƏMİMİ OLMAQ LAZIMDIR

Həqiqi və səmimi imana sahib olan insanlar heç zaman özlərini aldatmaz və həqiqətlərdən qaçmazlar. Çünki bu insanlarda güclü Allah qorxusu vardır və bu səbəblə Allahın razılığını itirməkdən, ONA qulluqda qüsur etməkdən şiddətlə çəkinərlər. Amma Quranda bildirilən ifadə ilə "ürəyində xəstəlik olan kəslər" Allaha ibadət etməkdə "ağır" tərpənərlər. Allah bu insanların varlığını Nisa Surəsinin 72-ci ayəsində "Aranızda elələri də vardır ki, ağır tərpənər” şəklində bildirmişdir. Bu insanlar Qurana uyğun olan həyat və əxlaq modelini bilsələr də, dini mövzuda səmimi olmadıqları üçün istəksizdirlər. İbadətləri yerinə yetirməmək üçün daim bəhanə axtarırlar.
Davamlı olaraq belə bir axtarış içində olduqları üçün də hər bir şərait və mühitdə özlərini aldadan, ya da doğru olandan uzaqlaşdıran saxta səbəblər tapırlar. Allahın bir başqa ayəsində bildirdiyi kimi "bir ucundan dini yaşayarlar" və Allaha lazımi qaydada qulluq etməzlər. Halbuki onlar belə səmimiyyətsiz ibadət anlayışı ilə yalnız özlərini aldadırlar. Allah bu vəziyyəti Quranda belə açıqlayır:
    İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar! (Bəqərə Surəsi, 8-10)
    Allahın dinində səmimiyyət əsasdır. Əgər bir insan vərdişləri səbəbindən və ya ətrafındakı insanlardan əks reaksiya görməmək üçün bəzi ibadətləri istəksizcə yerinə yetirirsə, yuxarıdakı ayədə də bildirildiyi kimi yalnız özünü aldatmış olur. Etdiklərinin Allah Qatında dəyərli olmasını gözləyə bilməz. Allah Quranda istəksizcə edilən ibadətlərin qəbul olunmayacını insanları belə xəbər verir:  
    Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və onun Peyğəmbərini inkar etmələri, namaza təmbəl-təmbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir. (Tövbə Surəsi, 54)
    Səmimiyyətdən uzaq insanlar Allaha qarşı olan məsuliyyətlərindən qaçmaq, ömürlərini dünyəvi ehtiraslara sərf etmək üçün bitib-tükənməyən bəhanələr axtarırlar. Gənc yaşlarında, məktəb illərində, iş həyatında, əylənərkən, uşaq sahibi olanda, kədərlənəndə, sevinəndə... hər vəziyyətdə ibadət etmələrinə, Allahın əmrlərinə itaət etmələrinə mane olan süni səbəblər tapırlar. Sonrakı hissələrdə insanların bəhanə olaraq qarşıya qoyduqları səbəblər gündəlik həyatdan gətirilən misallarla açıqlanacaq. Burada əhəmiyyətli olan məsələ insanların bu səbəbləri qarşıya qoyduqları zaman səmimiyyətsiz olduqlarını başa düşmələridir. Çünki dünyada bir insanın Allahın əmrlərini yerinə yetirməsinə mane ola bilən heç bir səbəb ola bilməz. Əgər insanın belə bir səbəbi varsa, bu, onun səmimiyyətsizliyi və ya iradəsizliyinin göstəricisidir.
    Allahın özünə şah damarından yaxın olduğunu, hər şeyi gördüyünü, eşitdiyini, hər kəsin gizlədiklərini də, aşkar etdiklərini də bildiyini anlayan insan ONA olan qulluğunda əsla səmimiyyətsizlik etməyə cəhd edə bilməz. Bir bəhanə qarşıya qoysa onu ürəyindən keçirərkən və hətta hələ keçirmədən Allahın biləcəyini ya da qulluqda bitərəf davranan bir insanın içindəki istəksizlikdən Allahın xəbərdar olacağını çox yaxşı bilir. Belə bir səmimiyyətsizliyə cəhd etmənin əvəzsiz qalmayacağını da düşünüb anlar. Bu səbəbdən də özünü aldatmanın çıxış yolu olmadığının, əksinə onu çox böyük itkilərə uğradacağının şüurundadır. Belə bir insan heç bir şəraitdə Allahın rizasından uzaqlaşmaz. Çünki Allaha qəti şəkildə iman etdiyi üçün zəifliyi yoxdur. Qeyd-şərtsiz bir səmimiyyətə malikdir.
    Ürəyində xəstəlik olan insanlar isə Allahı açıqca inkar etməsələr də imanlarında zəiflik vardır. Yəni inancları müəyyən şərtlərə bağlıdır. Mənfəətlərinə zidd olan anda Quran əxlaqını yaşamaqdan imtina edə bilərlər. Özlərinə asan gələn ibadətləri yerinə yetirərək vicdanlarını rahatlaşdırmağa çalışarlar.
    Bu insanlar özlərini açıq şəkildə aldadaraq bunun şüuruna varmazlar. Siz də bu insanların Allah Qatında düşdüyü səmimiyyətsiz vəziyyətə düşmək istəmirsinizsə diqqət yetirin və əsla özünüzü aldatmayın. Əgər məlumat azlığınız varsa, Rəbbimizi Quranı oxuyaraq tanıya bilərsiniz. Çünki  Allah Özünü qullarına endirdiyi kitabında tanıtmışdır. Beləliklə, Allahın qədrini haqqı ilə təqdir edə bilər və kamil imanlı, səmimi bir dindar ola bilərsiniz. Amma Allahı və dinini cahiliyyə cəmiyyətinin dünyagörüşü ilə qiymətləndirsəniz, düzəldilməsi mümkün olmayan böyük səhvlər edərsiniz. Unutmayın, ancaq Allaha qəti şəkildə iman etdiyinizdə və səmimi  qulluq etdiyinizdə qurtuluş  tapa bilərsiniz.

0 şərh:

Yorum Gönder